Rusiyada dünyaya uşaq gətirən yaşda olan qadınların sayı 2033-cü ilədək indiki sayın dörddə biri qədər azalacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Əmək və sosial müdafiə nazirinin birinci müavini Aleksey Vovçenko Peterburq İqtisadi Forumu çərçivəsində keçirilən “Demoqrafiya qlobal siyasətin faktoru kimi: müasir tendensiyalar” adlı sessiyada bildirib.
O qeyd edib ki, Rusiyada doğuşu stimullaşdırmaq üçün əlavə tədbirlər tətbiq olunduqdan sonra 2015-ci ilə qədər müsbət tendensiya müşahidə olunub. Doğumun nisbəti üç dəfədən çox, doğum əmsalı isə 36 faiz artıb. Onun sözlərinə görə, həmçinin, ölüm halları 10 faizdən çox azalıb:
“2016-2018-ci illər əldə edilən nəticənin nə qədər pisləşə biləcəyini göstərdi, bu illər ərzində doğum nisbəti 15 faizdən çox azaldı”,.
Nazir müavini bu faktorlarla yanaşı ana olmaq yaşında olanda qadınların sayının azalacağını da vurğulayıb:
“Bu yaşda olan qadınların sayı sürətlə aşağı düşəcək. 2033-cü ilə qədər bu yaşdakı qadınların sayı indiki sayın dörddə biri qədər azalacaq”.