11 İyun 2019 10:31
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın Selamik şəhərində Türkiyə konsulluğunun ticarət atteşesi Məmməd Sərxan Buralı və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının əməkdaşı olan türk vətəndaşının avtomobili yandırılıb.

Teleqraf.com xəbər verir ki, gecə saatlarında diplomatların avtomobilinə od vurulub.

Diplomatik nömrəsi olan avtomobilin yaxınlığındakı daha beş avtomobildə ciddi zərər görüb. Türkiyənin Selamik konsulluğunun rəsmiləri təhlükəsizliklə bağlı narahatlığını ifadə edib.

Yunanıstan Xarici İşlər Nazirliyi də Selamikdə baş verən hadisəni qınayıb, bəyan edib ki, cinayətkarların məhkəmə qarşısına çıxarmaq üçün lazım olan addımlar atılacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər