Meksikada ticarət mərkəzlərindən birini su basarkən, musiqiçilərin “Titanik” filminin məşhur mahnılarından birini çalması sosial mediada maraqla qarşılanıb.
Teleqraf.com xəbər verir ki, hadisə Meksikanın Quadalajara şəhərindəki ticarət mərkəzlərindən birində baş verib.
Tavanından su axan mərkəzin ortasında qurulan səhnədəki musiqiçilər “Titanik” filminin populyar “My Heart Will Go On” adlı mahnısını ifa edib.
Görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Rəylərdə istifadəçilər “Titanik” batarkən musiqi ifa edənlər” və s. bənzətmələr yazıblar.