11 İyun 2019 22:22
2 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə İran kəşfiyyatına bağlı olduğu iddia edilən terror şəbəkəsi deşifrə edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərədə nəşr olunan “Teleqraf” qəzeti məlumat yayıb.
Nəşr qeyd edib ki, İngiltərə təhlükəsizlik orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində şəbəkə üzvləri ələ keçirilərək həbs olunub.

Məlumata görə, şəbəkə London şəhəri yaxınlığında yerləşən gizli müəssisədə partlayıcı maddələr əldə etmək üçün lazımi avadanlıqlar və kimyəvi maddələr saxlayıb.

Həbs edilən şəbəkənin İran kəşfiyyatına bağlılığı deşifrə edilib.


Müəllif: Mənsur Rəğbətoğlu