Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuad Oktaya təhvil verib. Onun bu addımı Tacikistana səfəri ilə əlaqədardır.
Teleqraf.com-un məlumatına görə, R.T.Ərdoğan 14-15 iyun tarixlərində Düşənbədə keçiriləcək Asiya Əməkdaşlıq və Münasibətlər Konfransında (CICA) iştirak etmək üçün Tacikistana səfər edir.