Vladimir Putin bütün çıxışlarında Ukrayna Prezidenti Vladimir Zelenskiyə hörmətlə yanaşıb.
Teleqraf.com xəbər verir ki, bu sözləri Ukraynadakı "Həyat uğrunda" müxalifət platformasının rəhbəri Viktor Medvedçuk deyib.
O, Zelenskiyə göstərilən hörmətin səbəbini də izah edib: "Ona görə ki, Zelenski 73 faiz ukraynalının səsini qazanıb. Rusiya prezidenti bu yaxınlarda verdiyi müsahibəsində bəyan elədi ki, Ukrayna ilə əlaqələrin qurulmasının qəti tərəfdarıdır".
Putinin "təcrübə - canlı prosesdir, Zelenski də öyrənər" fikri ilə Vladimir Medvedçuk razılaşmadığını bildirib: "Təcrübəsiz siyasətçinin prezident seçilməsi bütün Ukrayna xalqına mənfi təsir göstərər. Bu baxımdan Zelenski ölkə vətəndaşı kimi eksperiment obyekti olmaqdan çəkinməlidir".
Bundan əvvəl Vladimir Medvedçuk Ukraynanın ABŞ təsiri altında olduğunu demişdi. O, bəyan eləmişdi ki, Ukraynanı Qərb kollektiv şəkildə idarə edir, kollektivin başında isə ABŞ dayanır.