Atəşkəs dövründə dörd ukraynalı hərbçi həlak olub, 29 nəfər isə yaralanıb.
Teleqraf.com-un unian.net-ə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin hərbi tibb departamentinin direktoru Vitali Andronatiy bildirib. O deyib ki, ümumilikdə həkimlər xəsarət alan 2517 nəfərə yardım göstərib.
V.Andronatiy həmçinin əlavə edib ki, hazırda səhiyyə ocaqlarında müalicə olunan 1173 yaralı var, onlardan 34 nəfər Ukrayna Silahlı Qüvvələrinə aid deyil.
Samir