Fransada aparılan sorğu vətəndaşların yalnız 13 faizinin prezident Fransua Ollandı dəstəklədiyini göstərib.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, məlumatlarda Nikola Sarkozinin təmtəraqlı sədrliyindən sonra 51 faiz səslə 5 illik prezident seçilən F.Olland yolun yarısında cəmiyyətin dəstəyini itirdiyi bildirilir.
Sorğuda ən böyük səs faizini ifrat sağçı olan siyasi lider Marina Le Pen qazanıb.
Qeyd edək ki, bu tipli sorğular Fransada 1978-ci ildən keçirilir.
Bu ilki nəticələr isə gözlənilməz olub. Belə ki, nə Valerie Giscard, nə Fransua Mitteran, nə Jak Şirak, nə də Nikola Sarkozi bu vəziyətlə qarşılaşmayıb.
Samir