18 İyun 2019 15:05
1 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Müdafiə naziri Patrik Şanahan 26-27 iyun tarixlərində NATO zirvəsi çərçivəsində türk həmkarı Hulusi Akarla görüşə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə NATO-nun Avropa komandanı Tod Volter məlumat verib.

O, görüşdə “S-400” və “F-35” məsələlərinin müzakirə ediləcəyini deyib.

“Hesab edirəm ki, ABŞ-Türkiyə münasibətlərində heç bir problem yoxdur, tərəflər arasında müsbət atmosfer hökm sürür.

“S-400” və “F-35” məsələlərini eyniləşdirmək mümkün deyil, Türkiyə ilə bu barədə dialoqun davam edəcəyini bilirəm. Əsas müzakirə Hulusi Akar və Patrik Şanahan arasında aparılacaq. Akar və Şanahan gələn həftə NATO-nun Brüssel sammitində görüşə bilər”.

Tod Volter bu görüşdə tərəflər arasındakı anlaşılmazlığın aradan qalxacağına ümid etdiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər