20 İyun 2019 08:27
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp Yaponiyanın Osaka şəhərində keçiriləcək G20 sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin ilə görüşəcəyini təsdiq edib.

Teleqraf.com xəbər verir ki, D.Tramp bu barədə "Fox News" telekanalına müsahibəsi zamanı deyib.

ABŞ prezidenti bildirib: "Mən Rusiya ilə yola getmək istəyirəm və düşünürəm ki, belədə olacaq. Mən Çin ilə yola getmək istəyirəm və düşünürəm ki, belədə olacaq. Mən onların hər ikisi ilə gələn həftə Yaponiyada G20 sammitində görüşəcəyəm".

D.Tramp həmçinin qeyd edib: "Bizim Rusiya və Çin ilə yaxşı münasibətlərimiz olacaq, bu çox vacibdir. Onlar güclü ölkələrdir, biz də güclü ölkəyik".


Müəllif: Teleqraf.com