“Rusiya “Tu-95”–lərini tutmaq üçün nə Amerikan və nədə ki, Kanadanın reaktiv qırıcıları havaya qaldırılıb”
Rusiyanın “TU-95” strateji bombardımançı təyyarələri Atlantik okeanında Kanada sahilləri yaxınlığında hərbi təlimlər keçiriblər. ”Washington Free Beacon” informasiya portalının məlumatına görə, nüvə raketlərinin “hədəfi” Amerikan obyektləri olub. Həmin nəşrin qeyd etdiyinə görə, bu təlimlərin keçirilmə vaxtı Uelsdə başlayan NATO sammiti və Rusiya ilə Ukrayna arasındakı böhranın daha da gərginləşməsi ilə üst-üstə düşüb.
Rusiyanın iki “Tu-95” strateji bombardımançı təyyarəsi İslandiya, Qrenlandiya və şimal-şərqi Kanada sahilləri yaxınlığında hərbi təlim keçiriblər. ”Washington Free Beacon” bildirir ki, uçuşların analizı bombardımançıların Amerikan obyektlərinə nüvə raketləri buraxmaq üzrə təlimlər həyata keçirdiklərini göstərir.
Elə məhz keçən həftə rus generalı Yuriy Yakubov Moskvanı ABŞ və NATO-ya qarşı preventiv nüvə zərbələrinin endirilməsini və onların düşmən hesab ounmasını hərbi doktrinaya daxil etməyə çağırmışdı. ”Washington Free Beacon” onun sözlərindən sitat da gətirir: ”Rusiya üçün strateji nüvə gücləri ilə preventiv zərbə endirmək istiqamətində lazım olan şəraitin işlənib hazırlanması vacibdir.”
Analitiklər hesab edirlər ki, Rusiya bombardımançılarının uçuşu Moskva tərəfindən hərbi güc tətbiq olunması təhlükəsidir və bu Ukrayna böhranındakı gərgin münasibətlərin nəticəsində meydana gəlib. Məlumatda deyilir ki, Rusiya “Tu-95”–lərini tutmaq üçün nə Amerikan və nədə ki, Kanadanın reaktiv qırıcıları havaya qaldırılıb. ”Washington Free Beacon” qeyd edir ki, bu təlimlər Rusiyanın Ukrayna əleyhinə aqressiv fəaliyyətlərinin və onların bütöv, azad və sülh şəraitindəki Avropaya qarşı olan hərəkətlərinin NATO sammitində tənqid edildiyi bir vaxtda başlayıb. Alyans Rusiyanın fəaliyyətlərinə cavab olaraq, Şərqi Avropada çevik hərəkət qüvvələrinin yaradılmasına qərar verib. Sentyabr ayında ABŞ ordusu Ukraynanın qərbində beynəlxalq hərbi təlimlər keçirəcək. 15 sentyabrda başlayacaq həmin təlimlərdə Ukrayna, Azərbaycan, Bolqarıstan, Kanada, Gürcüstan, Almaniya, Böyük Britaniya, Latviya, Litva, Moldova, Norveç, Polşa, Rumıniya, İspaniya və ABŞ ordusu iştirak edəcək.
“Washington Free Beacon”-un məlumatına görə, sentyabr ayının ortalarında Rusiya nüvə gücləri də geniş masştablı təlimlərə başlayacaq. “Washington Free Beacon” yazır ki, Ottava, Nyu-York, Vaşinqton və Norfolkdakı hərbi dəniz bazası “X-55” qanadlı raketləri ilə təchiz edilmiş “Tu-95” bombardımançılarının hədəfinə yaxın məsafədədirlər. Ancaq Kinqz Beydəki balistik raketlərə malik olan sualtı qayıqlar “Tu-95″-in hədəfindən uzaqda yerləşir.