ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Yaxın Şərqə göndərdiyi hərbi texnikalara uzaqmənzilli “Patriot” hava hücumundan müdafiə sistemlərini də əlavə edib.
Teleqraf.com xəbər verir ki, artıq sistemlərin ilk partiyası Oman körfəzinə göndərilib.
Bundan əvvəl bölgəyə dislokasiya edilmiş 4 “Patriot” batereyasının xidməti müddətini uzadan Donald Tramp administrasiyası may ayında əlavə olaraq, 1500 canlı qüvvə ilə yanaşı bir ədəd “Patriot” sistemi göndərəcəyini açıqlamışdı.
Bir neçə gün əvvəl isə regiona 1000 canlı qüvvə göndərən ABŞ əlavə olaraq, bir “Patriot” batereyası göndərdiyi də açıqlanıb. Bölgəyə dislokasiya edilən hərbi texnikalar arasında Pilotsuz Uçan Aparatlar (PUA) da var.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dünən İrana yaxın vaxtlarda raket zərbələrinin endiriləcəyini açıqlamışdı. Lakin sonradan qərarı dəyişdiyi bildirilən Trampın İrana vaxt verdiyi vurğulanıb.