24 İyun 2019 10:15
1 479
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədən Türkiyəyə uçan çarter təyyarə iki qırıcının müşayiəti altında yenidən London hava limanına qaytarılıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb 25 yaşlı gənc qızın təyyarə salonunda etdiyi hərəkətlər olub.

Məlumata görə gənc xanım təyyarə ekipajının kabinetinə girməyə cəhd edib, personala hücum edib. Xanım təyyarədə olan digər sərnişinlərin köməyi sayəsində zərərləşdirilib.

Bu hadisə yaşanarkən pilot London hava limanına məlumat verib. Dərhal havaya İngiltərə hərbi hava qüvvələrinə aid iki qırıcı qaldırılıb.

Türkiyənin Muğla rayonu Dalaman qəsəbəsinə uçan təyyarə qırıcıların müşayiəti ilə geri qaytarılıb.

Təyyarədə problem yaradan xanım isə polis tərəfindən həbs edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər