25 İyun 2019 08:45
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi barədə fərman imzalayıb.

D.Tramp bildirib ki, bu addım İranın son həftələr ərzində nümayiş etdirdiyi təcavüzkar hərəkətlərinə görə atılır.

Məhdudlaşdırıcı tədbirlər həmçinin İranın ali dini lideri Ayətullah Əli Xameneiyə qarşı da tətəbiq edilir.

ABŞ prezidentinin sözlərinə görə, yeni sanksiyalar İran rəhbərliyinin maliyyə resurlarına çıxışını bağlamağa yönləndirilib: "Mənim imzaladığım fərman vasitəsi ilə tətbiq edilən sanksiyalar rəhbər və ali dini liderin, həmçinin onun aparatının və onunla bağlılığı olan şəxslərin vacib maliyyə resurlarına və dəstəklərə çıxışlarını bağlayacaq".


Müəllif: Mənbə/Trend