16:14
Ermənistan Apelyasiya Məhkəməsi ölkənin sabiq prezidenti Robert Köçəryanla bağlı birinci instansiya məhkəməsinin çıxardığı qərarı ləğv edib.
Teleqraf.com xəbər verir ki, Apelyasiya Məhkəməsi R.Köçəryanın yenidən həbsinə dair qərar qəbul edib.
"Apelyasiya Məhkəməsinin qərarı Robert Köçəryanın yenidən həbsə qaytarılması deməkdir. Təqsirləndirilən Robert Köçəryanla əlaqədar şəxsi zaminlik aradan qaldırılsın və ona münasibətdə həbs cəzasının icrası tətbiq olunsun”, – hökmü oxuyan hakim Danielyan bildirib.
Hakim R.Köçəryanın azadlığa buraxılması üçün qoyulan girovun qaytarılacağını da deyib.
Qərardan 15 gün müddətinə şikayət verilə bilər. Köçəryan özü və onun vəkilləri iclasda iştirak etməyiblər.
Qeyd edək ki, mayın 18-də İrəvan şəhər məhkəməsi R.Köçəryanın həbsdən azad edilməsinə dair qərar qəbul etmişdi. Məhkəmə bu qərarı qondarma “DQR”in hazırkı və keçmiş rəhbərliyinin şəxsi zaminliyi müqabilində çıxarmışdı. Prokurorluq bu qərardan yuxarı instansiya məhkəməsinə şikayət etmişdi.