Rusiya bu ilin sonunadək Türkiyəyə satılan “S-400” hava hücumundan müdafiə sistemlərini Ankaraya təslim edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Hərbi Texniki Əməkdaşlıq Federal Xidməti məlumat yayıb.
Federal Xidmət isə təslimat üçün son tarixin bu ilin sonu olduğunu açıqlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə sistemlərin təslim edilməsinin gələn aydan başlayacağını demişdi. Ərdoğandan əvvəl “Rosoboronexport” şirkəti də eyni açıqlamanı yaymışdı.
Türkiyənin Rusiyadan “S-400” raketləri almasına etiraz edən ABŞ rəsmi Ankaranı sanksiyalarla təhdid edir.