28 İyun 2019 01:35
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Brest şəhərində naməlum şəxs məscid qarşısında odlu silahdan atəş açıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Kristof Kastanerə istinadən RİA "Novosti" məlumat yayıb.

Nəticədə məscidin imamı və yoldan keçən şəxs yaralanıb.

"France Info"nun məlumatına görə, əraziyə gələn polis əməkdaşları atəş açan şəxsin meyitini aşkar ediblər. Meyit onun maşınının yanında olub. İlkin məlumatlara görə, o, özünə qəsd edib.

Hadisənin motivləri məlum deyil.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər