Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Şarjah əmiri Şeyx Sultan bin Məhəmməd el Qasiminin oğlu Şeyx Xalid bin Sultan əl-Qasiminin cəsədi Londondakı evində tapılıb.
Teleqraf.com xəbər verir ki, Qasimi Londonda yaşayıb və moda sahəsində təşkilatçı olub.
Şeyxin oğlunun ölümünə görə əmirlikdə 3 gün yas elan olunub, bayraqlar endirilib. Şeyxin digər oğlu da 1999-cu ildə 24 yaşında narkotik dozasından vəfat edib.
Məlumata görə, polis Londonda vəfat edən Qasiminin də evindən narkotik maddələr tapıb.
“Sun” qəzeti ölməzdən əvvəl Qasiminin narkotik və seks partisi təşkil etdiyini iddia edib.
Ölüm faktı ilə bağlı hər hansı bir şübhəli şəxs saxlanılmayıb. Hazırda araşdırma aparılır.