Dubay şeyxi Məhəmməd əl-Maktumun altıncı xanımı Şahzadə Hayanın iki övladı ilə birlikdə Londona qaçdığı və İngiltərə miqrasiya xidməti qarşısında oturum tələbi ilı çıxış etdiyi məlumatları yayılıb.
Teleqraf.com xəbər verir ki, Haya Londonun mərkəzində yaşadığı evi hindli milyarder Lakşimi Mittaldan 2017-ci ildə alıb.
Malikanə İngiltərə Kral Sarayına çox yaxın ünvanda yerləşir. Şahzadə Haya 2017-ci ildə bu evi aldıqdan sonra orada təmir aparıb, habelə sənədləşmə işləri həyata keçirib.
Malikanənin yeri artıq fotoqraflar tərəfindən müəyyən edilib.