5 İyul 2019 10:31
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yeni siyasi partiya qurmaq niyyətində olan AKP-nin güclü simalarından Əli Babacanla haqqında cinayət araşdırması başlanılıb.

Teleqraf.com xəbər verir ki, sabiq maliyyə məmurunun şahidliyindən sonra araşdırma İzmir və Ankarada aparılır.

İzmir prokurorluğunda hazırlanan iddianaməyə görə, maliyyə idarəsində çalışan sabiq məmur bildirib ki, maliyyə idarəsinə FETÖ üzvlərini yerləşdirməkdə sabiq xarici işlər naziri Əli Babacanın və müşaviri İbrahim Xəlil Çankaçın məsuliyyəti var.

Xatırladaq ki, Əli Babacan AKP iqtidarında baş nazirin müavini, xarici işlər və iqtisadiyyat naziri vəzifələrində çalışıb.

Onun AKP-dən çıxıb sabiq prezident Abdulla Güllə birlikdə yeni partiya qurmaq niyyəti barədə mediada xəbərlər yayılır.


Müəllif: Cavad

Oxşar xəbərlər