6 İyul 2019 18:08
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində “Şahin” kod adlı terrorçu həbs edilib.

Teleqraf.com xəbər verir ki, terrorçu Diyarbəkrin Lice qəsəbəsində saxlanılıb.

“Şahin” kod adlı terrorçu əsasən, PKK üçün gəncləri seçir və onları Türkiyə ordusuna qarşı hazırlamaq məqsədilə dağlardakı terrorçuların yanına göndərirmiş.

Terrorçu PKK üçün fəallar toplamaqda, PKK adına fəaliyyət göstərməkdə, narkotik ticarətində, iki yaralama cinayətində iştirakda müqəssir bilinir.

Saxlanıldıqdan sonra dindirilən terrorçu Ədliyyə Nazirliyinə göndərilib və məhkəmənin qərarı ilə həbs olunub.


Müəllif: Cavad

Oxşar xəbərlər