Gürcüstanın paytaxtı Tiflisdə parlament binası önündə növbəti aksiya başlayıb.
Axar.az xəbər verir ki, aksiyaçılar Daxili İşlər naziri Giorgi Qaxariyanın istefasını tələb edir.
Aksiyaçıların Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin iqamətgahına doğru yürüş edəcəyi gözlənilir.
***
Aksiyada kütləvilik müşahidə olunur.
Parlament binası qarşısındakı Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.
***
Tiflisdə başlayan “Azadlıq yürüşü” hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin iqamətgahı qarşısında yekunlaşıb.