Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılçdaroğlunun ünvanın sərt ifadələr işlədib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə MHP-nin iclasında danışıb.
“Hörmətli Kılıçdaroğlu üçün çənbər daralır, suyu isinir, ətrafını dörd tərəfdən hörməyə başlayıb. Yeni sistem qurulub. Yeni sistem Türkiyə xalqının maraqlarına xidmət edir. CHP-nin bunu pozmaq cəhdləri əks effekt verəcək”, - deyə MHP lideri qeyd edib.