ABŞ Danimarkadan Suriyaya hərbçi göndərməyi və PYD/YPG terrorçularına təlimlər keçməyi tələb edir.
Teleqraf.com xəbər verir ki, bu haqda Danimarkanın “Politik” qəzeti məlumat yayıb.
Xəbərdə qeyd edilir ki, ABŞ-ın bu istəyi Danimarka parlamentinin xarici siyasət komitəsində müzakirəyə çıxarılıb. Əlavə olunur ki, ötən ay Danimarkada hakimiyyətə gələn qüvvələr Türkiyə ilə ABŞ arasında seçim etmək kimi çətin bir mərhələ gözləyir.
Məlumata görə, Danimarka Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi bu mövzuda şərh verməkdən yayınıb.
Əlavə edilir ki, Danimarkada azğınlıq hökuməti quran Sosial Demokrat Partiyası və ona kənardan dəstək verən Sosialist Xalq Partiyası və Qızıl Yaşıllar PYD/YPG terror təşkilatına münasibətdə isti siyasət yürüdür.