14 İyul 2019 00:12
1 326
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrənin ETH Universitetinin araşdırmasına görə, qlobal iqlim dəyişikliyi 2050-ci ilədək dünyanın 520 şəhərinə təsir edəcək.

Teleqraf.com xəbər verir ki, Kovter Laboratoriyasında aparılan araşdırmada qarşıdakı 30 ildə istiliyin 2 dərəcə artmasının bir sıra fəsadlara yola açacağı bildirilib.

Nəticədə Londonun bu günki Barselona qədər isti olacağı, Rio de Janeyroda havanın Havanada olduğu kimi hiss ediləcəyi, Moskovadakı havanın isə Sofiya ilə müqayisə oluna biləcəyi deyilib.

Araşdırmaya görə, qlobal istiləşmə ən çox Şimal ölkələrində ciddi dəyişikliklərə yol açacaq. Avropada yay fəsli indikindən 3,5 dərəcə, qış isə yenə də indikindən 4,7 dərəcə daha isti olacaq.

Tropik ölkələrdəki dəyişiklik daha az olacaq, amma intensiv yağış və ciddi quraqlıq kimi bir çox dəyişikliklə üzləşəcək. İddiaya görə, Manaus, Kuala Lumpur, Cakarta, Ranqon və Sinqapurda istilik 22% artacaq və daha öncə müşahidə olunmayan şəraitlə üzləşəcək.

Ekzeter Universitetinin mütəxəssisi Ceyms Dayk bu haqda deyib: “Ən dəhşətlisi budur ki, Ekvator xəttinə yaxın 100 şəhərdə indiyədək bəşəxiyyət tarixində görünməmiş iqlim dəyişikliyi yaşanacaq”.

Hər 10 ildən bir 0,2 dərəcə artan istilik 2030-2052-ci illər aralığında 2 dərəcəyə yüksəlməsi gözlənilir. 2100-cü ilədək isə bu rəqəmin 2.9-3.4 olacağı ehtimal olunur.

Edinburq Universitetinin professor Abi Hegerl iqlim dəyişikliyinə görə, qarşıdakı 30 il ərzində dünyada görünməmiş quraqlıq və sel fəlakətlərinin yaşanacağını iddia edib.

Hegerl eyni zamanda, dəniz suyunun səviyyəsinin artmasının bir çox ölkəyə ciddi problem yaradacağını deyib.

Redinq Universitetinin alimi də, qarşıdakı qlobal iqlim dəyişikliyinin dağıdıcı olacağını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər