10 Sentyabr 2014 19:16
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

9 nəfər öldü, 20-dən çox adam yaralandı

ABŞ xarici işlər naziri Con Kerri İŞİD-ə qarşı əməliyyatların aparılması üçün bu gün Bağdada gəlib. Kerrinin gəlişilə bağlı Bağdadda terraktlar törədilib.

Şiələrin yaşadığı məhəllədə üç avtomobilin partladılması nəticəsində 9 nəfər ölüb, 20-dən çox adam yaralanıb.

İraqın baş naziri Heydər Abadi ilə görüşən Kerri İraq hökumətində reformaların aparılması və ordunun gücləndirilməsi üçün təkliflər irəli sürüb. Kerri kürdlər və sünnülərlə bağlı yaşanan problemlərin tezliklə aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Kerri Bağdaddan sonra İordaniya və Səudiyyə Ərəbistanına səfər edəcək.

ABŞ-ın 2003-cü ildə İraqı işğal etməsinə etiraz edən şiə lideri Mukteda es-Sadr Kerrinin Bağdada gəlməsinə etiraz edib: "İraq işğalçılarla əmkdaşlıq etməməlidir".


Müəllif:

Oxşar xəbərlər