Moldova yaxın zamanlarda Avropa Birliyinə üzvlük üçün müraciət edə bilməz.
Axar.az xəbər verir ki, bunu Moldova Prezidenti İqor Dodon deyib. Onun sözlərinə görə, Moldova balanslı siyasət yeritməli, Qərb və Şərqlə strateji münasibətləri saxlamalıdır:
“Moldova Avropa Birliyi ilə assosiativ üzvlük barədə razılaşmanı ləğv etməyəcək. Bununla belə, biz heç vaxt deməmişik ki, AB-nin üzvü olacağıq”.