17 İyul 2019 09:36
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyinin (AB) Türkiyəyə qarşı sanksiya qərarına rəsmi Ankara sərt reaksiya verib.

Teleqraf.com xəbər verir ki, AB-nin sanksiya qərarı açıqlandıqdan sonra Türkiyə “Fateh”, “Yavu”, “Barbaros” qazma-araşdırma gəmilərindən sonra “Oruc Rəis” kəşfiyyat gəmisini də Şimali Kiprin sahillərinə göndərir.

Həftə ərzində “Oruc Rəis” adlı gəmi donanma və hava qüvvələrinin qoruması altında Kipr sahillərinə yön alacaq. Beləcə Aralıq dənizinin şərq hissəsində karbohidrogen axtaran “Fateh”, “Yavuz”, “Barbaros” və “Xeyrəddin Paşa” gəmilərinə “Oruc Rəis” gəmisi də qatılacaq.

Xatırladaq ki, Yunanıstan və yunan Kipri Türkiyənin Şərqi Aralıq dənizində mavi yanacaq axtarmaq fəaliyyətinə qarşıdır. Hətta bu fəaliyyətinə görə AB Türkiyə ilə bütün səviyyələrdə münasibətləri dayandırıb.


Müəllif: Cavad

Oxşar xəbərlər