Ermənistanın İcevan şəhərində taxta-şalban sexlərinin işçiləri Gürcüstana gedən yolu bağlayıb.
Axar.az xəbər verir ki, buna səbəb onlara meşədə ağacların kəsilməsinə qoyulan qadağa olub. Polisin etirazçıları yoldan təmizləmə cəhdi onların toqquşmasına şərait yaradıb.
Ermənistan Səhiyyə Nazirliyi isə insident nəticəsində yaralananların sayının 13-ə çatdığını bildirib.