18 İyul 2019 17:50
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə sərnişinlərin birinin avtobusa atdığı daş nəticəsində bir nəfər azərbaycanlı yaralanıb.

Hadisə Antalyanın Manavgat rayonunda baş verib. Sərnişinlərdən biri sürücü ilə aralarında yaranan problem səbəbindən avtobusun ön şüşəsini daşlayıb.

Atılan daşlardan biri Azərbaycan vətəndaşı Murad Quliyevin başına dəyib. Hadisə yerinə cəlb olunan təcili tibbi yardım xəsarət alan şəxsi xəstəxanaya çatdırıb.

Yerli polisin "isti izlər"lə axtarışından sonra, müşahidə kameralarının köməkliyi ilə hadisə yerindən qaçan 3 nəfər şəxs tutularaq şübhəli qismində tutularaq istintaqa cəlb olunub./trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər