İranın cümə axşamı ona məxsus pilotsuz uçan aparatın vurulmasına dair məlumatı yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp Fars körfəzində üzən Amerika gəmisinin İrana məxsus dronu vurduğunu bəyan edib.
"Bizdə uçan aparat itkisi ilə bağlı məlumat yoxdur", - deyə Zərif ABŞ prezidentinin bəyanatını şərh edərkən bildirib.