19 İyul 2019 12:37
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kabil Universitetinin yaxınlığında partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, partlayış nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

Məlumata görə, partlayış tələbələrin sınaq imtahanı üçün universitetə gəldiyi vaxta təsadüf edib.

Hadisənin şahidləri qeyd ediblər ki, partlayışdan sonra iki avtomobil yanaraq kül olub.

Polis bildirib ki, partlayış Əfqanıstanın paytaxtı Kabilin mərkəzindəki Kabil Universitetinə yaxınlıqdakı meydanda baş verib. Terrorçular kustar üsulla düzəldilən bombanı partladıb.


Müəllif: Cavad