ABŞ hökuməti Venesuelanın 4 hərbi kəşfiyyatçısına sanksiyalar tətbiq edib.
Teleqraf.com xəbər verir ki, buna səbəb Venesuelada dövlət çevrilişinə cəhdə görə həbs edilən dəniz piyadası zabiti Rafael Akosta Arevalonun işgəncə nəticəsində dünyasını dəyişməsidir.
ABŞ Maliyyə Nazirliyi elan edib ki, 4 hərbi kəşfiyyatçının adı Arevalonun ölümü ilə əlaqəli olduqları səbəbindən sanksiya siyahısına salınıb.
Qeyd edək ki, Maliyyə Nazirliyi ötən həftə Venesuelanın hərbi kəşfiyyat xidmətinin direktorunun adını da qara siyahıya salıb.