ABŞ-ın Tennesi ştatının Naşvil Beynəlxalq Aeroportunda yedəkdə olan 2 təyyarə toqquşub.
Teleqraf.com xəbər verir ki, təyyarələrin hər ikisi “Southwest Airlines” (Cənub-Qərb hava yolları) aviaşirkətinə məxsus olub.
Təyyarələrdən biri digərinin qanadına toxunub.
Olay zamanı xəsarət alan olmayıb.
Təyyarələr yoxlanış üçün uçuşdan müvəqqəti kənarlaşdırılıb.