ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffrinin rəhbərliyi ilə Ankarada səfərdə olan heyətin Xarici İşlər Nazirliyində keçirdiyi görüş başa çatıb.
Teleqraf.com xəbər verir ki, görüşdə Suriyanın İdlib bölgəsindəki vəziyyət, təhlükəsizlik dəhlizi, Suriyada Konstitusiya Komitəsinin təşkili və siyasi nizamlama məsələləri müzakirə olunub.
Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün rusiyalı həmkarı Sergey Lavrovla da mövzu ətrafında telefonda müzakirə aparıb.