23 İyul 2019 12:56
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk rejissor Ömər Faruk Sorakın rezonans doğuran “Aşk tesadüfleri sever” filminin maraqla gözlənilən ikinci hissəsinin çəkilişləri başlayıb.

Teleqraf.com xəbər verir ki, ikinci filmin baş rollarını azərbaycanlı aktrisa Nəsrin Cavadzadə, Yiğit Kirazcı, Əlif Doğan və Aytaç Şaşmaz ifa edəcək.

“Aşk tesadüfleri sever 2” bir daha təsadüflərin məhəbbətə xidmət etdiyini göz önünə sərəcək.

İlk filmdə olduğu kimi, ikinci filmin də ssenari müəllifi Nuran Evren Şitdir. Filmin rejissor kürsüsündə isə Ömər Faruk Sorakla yanaşı, İpək Sorak əyləşəcək.

“Aşk tesadüfleri sever 2” 2020-ci ilin yanvar ayında kinoteatrlarda nümayişə çıxarılacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər