Yapon qırıcıları Çin və Rusiya hərbi təyyarələrinə müdaxilə etmək üçün havaya qaldırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.
Məlumata görə, Yaponiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Rusiya və Çinə aid qırıcıların hava sərhədini pozduğu üçün hazırlıq vəziyyətinə gətirilib.
Qeyd edək ki, bu gün səhər saatlarında Cənubi Koreya qırıcıları da ölkənin hava sərhədini pozan rus və Çin təyyarələrinə qarşı havaya qaldırılıb.
Cənubi Koreyaya məxsus qırıcılar hətta rus qırıcılarına xəbərdarlıq atəşi də açıb.