24 İyul 2019 10:40
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Çankırı qəsəbəsinin Kalfat kəndinin sakinləri Boris Consonun Mühafizəkar Partiyasının sədri və İngiltərənin yeni baş naziri seçilməsi münasibəti ilə mərkəzi meydana axışıb.

Teleqraf.com xəbər verir ki, Boris Consonu özünün həmyerlisi i sayan kalfatlılar kənd meydanında onun qələbəsini qeyd ediblər.

Kəndin bələdiyyə sədri Bayram Tavukçu bildirib ki, Consonun baş nazir olması onları sevindirir. İngiltərə baş nazirini kənddə gözlədiklərini ifadə edən bələdiyyə sədri əlavə edib ki, onlar Londona gedib Boris Consona təbriklərini çatdırmaq niyyətindədir.

Mustafa Bal adlı kənd sakini isə deyib ki, bu kənddən və türk sülaləsindən baş nazir çıxması onlara qürur verib: “Dünyada liderlik edəcək şəxslər bu sülalədən çıxa bilir. Buradakı ev sülaləsinə Sarıoğlangillər deyirdilər. Consonun da sarılığı sülalədən gəlir”.

Xatırladaq ki, dünən İngiltərə baş naziri seçilən 55 yaşlı Boris Conson Osmanlı imperiyasının sonuncu daxili işlər naziri Əli Kamalın nəvəsi Stenli Consonun oğludur.

Fərid Paşa hökumətində maarif və daxili işlər naziri olan Əli Kamalın babası Hacı Əhməd Rıza Əfəndi 1813-cü ildə Kalfat kəndində doğulub.


Müəllif: Cavad