24 İyul 2019 12:09
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun əvvəlində Gürcüstanın paytaxtı Tiflis yaxınlığında təyyarə uçuşları hərbi təlimlər səbəbindən məhdudlaşdırılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Hava Yolları Şirkəti məlumat yayıb.

Məlumatda bildirilib ki, Gürcüstan Hava Yolları Şirkəti NATO-nun təlimləri səbəbindən uçuş cədvəlində dəyişikliklərin edilməsi və uçuşların məhdudlaşdırılması barədə vətəndaşları xəbərdar edib.

Əvvəlcədən xəbər verdiyimiz kimi, iyulun 27-dən avqustun 9-dək Gürcüstanda NATO-nun “Agile Spirit 2019” adlı çoxmillətli hərbi təlimləri keçiriləcək. Təlimlərdə 14 NATO üzvü və tərəfdaş ölkədən 3 mindən çox hərbçi iştirak edəcək.

“Agile Spirit” təlimləri Gürcüstanda 2011-ci ildən bəri hər il keçirilir. Təlimlər ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı ilə birlikdə təşkil olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər