Rusiya prezidenti Vladimir Putin ölkəsinin şərqindəki qoşunların qəfil yoxlanılması barədə qərar qəbul edib.
Teleqraf.com-un unian.net-ə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Rusiya Federasiyasının mətbuat xidməti yayıb.
Verilən məlumata görə, Moskva vaxtı ilə 10:00-dan etibarən bütün texnika tam döyüşə hazır vəziyyətə gətirilib.
Yoxlamalar dövlət sərhədlərinin qorunması, düşmənin sualtı texnikasının zərərsizləşdirilməsi və gəmi strukturunun məhv edilməsi, həmçinin aviasiya təlim vəzifələrinin yerinə yetirilməsi üzrə aparılacaq.
Qoşunların yoxlanılması sentyabrın 18-dək aparılacaq.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.