Bir İran vətəndaşı “Made in Azerbaijan” nişanlı qablarda Ermənistana narkotik maddə keçirərkən saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, İran vətəndaşı Aqarax gömrük məntəqəsindən Ermənistana 2 kq 665.5 q həcmində tiryəkə bənzər maddə keçirməyə cəhd edib.
Məlumatda maddələrin “Made in Azerbaijan” nişanlı qablara yerləşdirildiyi iddia olunub.