29 İyul 2019 15:08
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin “Sohu” portalının jurnalisti Saxalin adasının itirilməsinə Pekinin təəssüflənməsinin səbəbini izah edib.

Teleqraf.com xəbər verir ki, çinli jurnalist yazıb:

“Qədim dövrlərdə Saxalin Çinin yurisdiksiyasına daxil idi, lakin XIX əsrin 50-ci illərdə dövlət zəiflədi və güclü donanması olan ölkələr üçün asan hədəfə çevrildi. İngiltərə və Fransa ilə mübarizədə Çinə dəstək vermək vədinin qarşılığında Rusiya imperiyası şimal-şərqdə əhəmiyyətli torpaqları, o cümlədən Saxalini əldə etdi.

Ada təbii ehtiyatlarla zəngindir – o cümlədən orada aşkar edilmiş neft yataqlarında təxminən 7 milyard tona yaxın qara qızıl var. Bu ehtiyatlar Rusiyaya 500 milyard dollar gətirə bilər. Buna görə də Saxalin Çin üçün böyük itkidir”.

Yazıda qeyd olunur ki, adada qazıntılar zamanı rus arxeoloqları üzərində qədim heroqliflər olan daş lövhə aşkarlayıblar.

“Onlar gördüklərindən kədərlənərək çinli həmkarlarına müraciət ediblər. Artefakt üzərində XVIII əsrdə hakim olan imperator Tsanlunun misraları həkk olunub. O, poetik dillə öz uğurlarından danışıb və iddia edib ki, onunla heç kim müqayisə edilə bilməz.

Əgər o, bir zamanlar üzərində dayandığı torpaqların sonradan Rusiyaya keçəcəyini bilsəydi... İndi onun sözləri bizim üçün gülməli görünür, buna görə də deyə bilərik ki, bu sətirləri yazmaqla o öz ləyaqətini itirdi”, – deyə məqalədə bildirilib.

Qeyd edək ki, hazırda Rusiyaya məxsus olan Saxalin adasının ərazisi 76 min kvadrat kilometrdir.


Müəllif: Səxavət

Oxşar xəbərlər