Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu sabah Kiyevdə Ukraynanın prezidenti Pyotr Poroşenko ilə görüşəcək.
Teleqraf.com-un unian.net-ə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Avropa Komissiyasının mətbuat xidməti yayıb.
Barrozu həmin gün axşam Yalta Avropa Strategiyası (YES) çərçivəsində çıxış edəcək. Tədbirdə həmçinin Estoniya prezidenti Toomas Hendrik İlves və Avropa Parlamentinin prezidenti Martin Şults iştirak edəcəklər.
Səfərin gündəliyinə uyğun olaraq, şənbə günü səhər Barrozu Ukrayna baş naziri Arseni Yatsenyuk ilə görüşəcək.
Avropa Komissiyası bildirir ki, Barrozunun səfəri "Ukraynaya mühüm dəstək rəmzi" sayılır.
İkitərəfli danışıqlar zamanı liderlər Ukrayna və Avropa İttifaqı arasında münasibətlər, siyasi, iqtisadi, atəşkəs və təhlükəsizlik sahəsində vəziyyəti müzakirə edəcəklər.
Barrozunu Ukraynaya səfəri zamanı Avropa komissarı Ştefan Füle müşayiət edəcək.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.