31 İyul 2019 15:54
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan araşdırmalar aparmaq məqsədilə Milli Kəşfiyyat Təşkilatının (MİT) yeni inzibati binasına gəlib.

Teleqraf.com xəbər verir ki, hektarlarla ərazidə inşa olunan türk kəşfiyyatının yeni binası hər tərəfdən 3 metr divarla əhatə olunub.

Əsas bina bir-birinə qarışan mərtəbələr şəklindədir və bu binanı əlamətdar xüsusiyyətlərindən biri kimi göstərilir.

Əsas binadan əlavə kəşfiyyat personalının təlim keçməsi üçün əlavə böyük binada yer alır.

Məlumata görə, Prezident Ərdoğan helikopterlə binanı müşahidə edib.


Müəllif: Cavad

Oxşar xəbərlər