Türkiyənin sabiq prezidenti Abdullah Gül 2023-cü ildə keçiriləcək prezident seçkisinə namizədliyini irəli sürəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Gülün hələlik bunu təsdiq etmədiyi, lakin seçkidə iştirak edəcəyini təkzib etmədiyi bildirilib.
Əlavə edək ki, sabiq prezidentin keçmiş iqtisadiyyat naziri Ali Babacanın quracağı yeni siyasi partiyada rəhbər postlardan birini tutacağı ehtimal olunur.