5 Avqust 2019 16:14
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Karaköydəki yeraltı məsciddə yatan şəxsin telefonunu oğurlayanın əməli təhlükəsizlik kamerasına düşüb.

Teleqraf.com xəbər verir ki, polis oğrunu tapmaq üçün əməliyyata başlayıb.

Namaz qılandan sonra məsciddə yatan şəxsə yaxınlaşan oğru əvvəlcə yerdə uzanaraq ətrafdakıların diqqətini özünə çəkməməyə çalışıb.

Bir müddət uzanılı vəziyyətdə qalan oğru özünü işçi kimi göstərərək yatan şəxsin cibindən telefonunu götürüb, məsciddən uzaqlaşıb. Yuxudan ayılan şəxs telefonunun oğurlandığını bilən kimi polisə şikayət edib. Polis faktla bağlı araşdırmaya başlayıb.


Müəllif: Leyla

Oxşar xəbərlər