9 Avqust 2019 13:18
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya baş nazirin köməkçisi və Liqa Partiyasının lideri Matteo Salvini koalisiya hökumətinin dağıldığını bildirərək erkən seçki çağırıb.

Teleqraf.com xəbər verir ki, Salvininin bu açıqlamasının ardından koalisiyadakı “Beş Ulduz” Hərəkatının lideri Luici Di Mayo da erkən seçki qərarına dəstək verib.

O, hökumət rəsmisinə cavabında erkən seçkilərdən qorxmadıqlarını bildirib.

İki partiya arasındakı anlaşılmazlıq Fransa və İtaliya arasında sürət qatarı xəttinin çəkilməsi məsələsi üzərində gedən müzakirələr zamanı yaranıb. “Beş Ulduz” Hərəkatından olan deputatlar Liqa Partiyasının dəstəklədiyi proyekti rədd edib.

Salvini isə hər iki siyasi partiyaya üzv olmayan Baş nazir Cüzeppe Konteyə koalisiya hökumətinin dağıldığını və erkən seçkilərə gedəcəklərini deyib.

“Beş Ulduz” Hərəkatının parlamentdəki deputatlarının sayı Salvininin Liqa Partiyasından daha çoxdur. Lakin son rəy-sorğuları radikal millətçi və miqrantlara qarşı kəskin mövqeyi ilə seçilən Salvininin partiyasına dəstəyin artdığını göstərir.

İtaliyada parlamenti buraxmaq səlahiyyəti isə Prezident Serxiyo Mattarelladadır. Matarellanın eyni zamanda, texnokratlar hökuməti qurmaq səlahiyyəti də var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər