9 Avqust 2019 18:04
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə ingiliscə təhsilə son verilməli olduğunu söyləyən rok musiqiçisi Kıraç sosial şəbəkədə 32 nəfərin hücumuna məruz qalıb.

Teleqraf.com xəbər verir ki, musiqiçi müsahibələrinin birində deyib:

“Türkiyədə ingiliscə təhsilə son verilməlidir. Mən vətənpərvər insanam. Türkiyədə ingilis dilində təhsilə son verilməlidir. Uşaqlarım bundan əziyyət çəkir”.

Bundan sonra sosial şəbəkədəki paylaşımlarında təhqirlərə məruz qalan musiqiçi ona həqarət edən 32 nəfəri məhkəməyə verir.

Musiqiçinin vəkili Beykoz Prokurorluğuna bu barədə müraciət edib.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər