Avropa İttifaqı (Aİ) sanksiyalar tətbiq edəcəyi rus şirkətlərinin adını açıqlayıb.
Teleqraf.com-un lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Aİ-nin rəsmi jurnalında dərc olunub.
Məlumatda siyahıya Rusiyanın “Rosneft”, “Transneft”, “Qazprom-neft”, həmçinin “Uralvaqonzavod” və “Oboronprom” Birləşmiş Aviatikinti korporasiyası daxildir.
Xatırladaq ki, Aİ sanksiyaların tətbiqinə bu gündən başlayacaq.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.