Türkiyənin “Yavuz” geoloji kəşfiyyat gəmisi Şimali Kiprin sahillərində neft və qaz axtarışlarına başlayıb.
Teleqraf.com-un məlumatına görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönmez deyib.
Onun sözlərinə görə, ərazidə 1700 metr dərinliyində quyular qazılıb.
Nazir əlavə edib ki, kəşfiyyat işləri 2,5-3 ay ərzində davam edəcək:
“Biz qanuni hüquqlarımıza uyğun olaraq qazma işlərini davam etdirəcəyik”.